Masturbasiya (lat. manus — əl + turbare — tərpətmək) — cinsiyyət üzvlərinin orqazm prosesi baş verənə qədər stimulyasiyası. Şəxs öz-özünə və ya başqa bir şəxs tərəfindən, əllə və masturubasiya alətləri vasitəsilə də masturubasiya ilə məşğul ola bilər. Masturbasiya sözünün mənşəyi haqqında müxtəlif fikirlər vardır. Əsas fikirlərdən biri, bu sözün yunan dilində olan mezea (azərb. penislər) və latın dilində olan turbare (azərb. əllə qarışdırmaq) sözlərinin birləşməsindən yaranmışdır. Masturbasiya tez-tez edilmədiyi halda, insan sağlamlığı üçün təhlükəsi yoxdur. Tez-tez masturbasiya edən şəxslərdə masturbasiyadan asılılıq yarana bilər. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bəzi insanlar orqazm halını cinsi əlaqə zamanı yox, yalnız masturbasiya nəticəsində əldə edə bilirlər. Masturbasiya sözünün daha bir sinonimi olan "onanizm" Bibliyada olan Onanın adından götürülür. Masturbasiya ilə həm qızlar, həm də oğlanlar məşğul olur. Masturbasiya normal və sağlam bir metoddur. Bu orqanizm üçün zərərli sayılmır, belə ki, cinsi yetkinliyin vacib mərhələlərindən biridir. Masturbasiya şəxsi seksuallığı dərk etmək prosesinin əsas hissəsidir və hətta cinsi aktdan yayınmağa kömək edə bilər. Bir vaxtlar masturbasiya pis, ağılı başdan çıxaran bir hal kimi qəbul edilirdi. Hətta bu gün də bu müzakirə mövzusudur. Qızların masturbasiyası haqqında az danışılır, ona görə ki, qadın seksuallığı az qəbul edilən mövzudur.